Amerikalılar Putinin yalanını ifşa etdi

ABŞ statistika qurumunun məlumatları Rusiya prezidenti Putinin Moskva ilə Vaşinqton arasında ticarət dövriyyəsinin həcmi ilə bağlı dediklərini şübhə altına alıb. 

Putin dekabrın 22-də Dövlət Duması və Federasiya Şurasının üzvləri ilə görüşdə bildirib ki, ABŞ-la ticarət dövriyyəsi 7%, bu ölkədən idxal 23% artıb. 

Lakin The Washington Post qəzeti bəyan edib ki, Putinin açıqlaması ABŞ-ın ticarət statistikası ilə ziddiyyət təşkil edir. «Bu rəqəmlər nəinki Putini, ABŞ-ın Ticarət Nazirliyini də təəccübləndirib. Onların məlumatına görə, 2014-cü ildə  Rusiyaya ixrac 1% artıb, Rusiyadan idxal isə 13% azalıb. Fərq çox böyükdür», – deyə nəşr qeyd edir. 

ABŞ statistika qurumunun məlumatına görə, 2014-cü ildə Rusiya ilə ticarət dövriyyəsi ötən iilllə müqayisədə 8,5% (32,95 mlrd dollardan 30,15 mlrd dollara qədər) azalıb.

azadlıq.info