Müxalifət yol xəritəsi təklif etdi

Avtoritarizmdən demokratiyaya yumşaq keçidin planı

Layihə cəmiyyətin müzakirəsinə təqdim olunur

 

Ictimai Palata dünən avtoritarizmdən demokratiyaya yumşaq keçidin yol xəritəsini cəmiyyətin müzakirəsinə təqdim edib. Layihəni oxucularla da tanış edirik:  
Qısa preambula:
Ictimai Palata Azərbaycanı inkişaf etmiş, müasir dövrün tələblərinə cavab verən, öz vətəndaşlarının və beynəlxalq ictimaiyyətin rəğbətini qazanmiş dövlətlər sırasında görmək istəyir. Biz Azərbaycanda qısa bir zamanda demokratik siyasi sistemin və liberal iqtisadiyyatın yaranmasına, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafına nail olmaq üçün təxirəsalınmaz köklü islahatların aparılmasinı vacib sayırıq. Bu məqsədlə biz Azərbaycanın bütün mütərəqqi qüvvələrini təklif etdiyimiz “Avtoritarizmdən demokratiyaya yumşaq keçid” adlı aktual islahatlar paketini nəzərdə tutan yol xəritəsinin reallaşmasi üçün ciddi səy göstərməyə çağırırıq. Təklif olunan yol xəritəsi konkret bir dövr – avtoritarizmdən demokratiyaya yumşaq keçid dövrü və bu keçidi təmin etmək üçün nəzərdə tutulur.
Keçid dövrü bir neçə mərhələni nəzərdə tutur və ümumi müddəti təxminən 2 ilə qədər çəkə bilər (növbəti prezident seçkilərinə kimi).
Birinci mərhələ: Demokratiyaya keçidin siyasi əsası yaradılır
1. Ölkədə hakimiyyətlə vətəndaş hərəkatını təmsil edən Ictimai Palata arasında geniş və hərtərəfli siyasi dialoq başlanır və bütün məsələlər dialoq yolu ilə həll edilir;
2. Siyasi konfrontasiya və siyasi repressiyalar kursunun dərhal dayandırılmasına, siyasi məhbusların azadlığa buraxılmasına, ölkədə söz azadlığı və sərbəst toplaşmaq azadlığının təmin olunmasına nail olmaq
2.1. Siyasi amnistiya verilir. Bütün vicdan və siyasi məhbuslar dərhal azad edilir və onların bütün mülki və siyasi hüquqları bərpa edilir;
2.2.  Sərbəst toplaşma azadlığı problemi həll edilir. Bakıda və digər yaşayış məntəqələrində mitinq, nümayiş və yürüşlər üçün məqbul yerlər müəyyən edilir. Sərbəst toplaşma azadlığı haqqında qanundan məhdudlaşdırıcı müddəalar götürülür. Azadlıq meydanı kütləvi aksiyalar üçün açılır;
2.3.  Mətbuat və elektron KIV-lərə, o cümlədən Internet sahəsində təzyiqlərə və məhdudiyyətlərə son qoyulur;
2.4. Siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının qanunlar çərçivəsində fəaliyyətinə dövlət qurumlarının müdaxiləsi aradan götürülür;
2.5. QHT-lərin qeydiyyat məsələləri həll edilir və onlara ən geniş fəaliyyət azadlığı verilir;
2.6.  Vicdan və din azadlığı, bu azadlıqların tərkib hissəsi kimi hicab azadlığıÿtəmin edilir.
3. Demokratik islahatlar kursunu dəstəkləmək məqsədilə bütün rəsmi KIV-lərdə və ilk növbədə televiziya kanallarında geniş, şəffaf və Ictimai Palatanın da iştirakını təmin edən diskussiyalar mühitinin yaradılması təmin olunur;
3.1. Müxalifətin və siyasi partiyaların televiziya efiri məkanına normal çıxışının təmin ÿedilməsi. ÿBu məqsədlə xüsusi televiziyanın yaradılmasi və ya ÿIctimai Televiziyadan bu məqsədlə istifadəÿ edilməsi;
Ikinci mərhələ: Demokratiyaya keçidin hüquqi və təşkilati  əsası yaradılır
4. Azərbaycan Respublikası Prezidenti yanında xüsusi dövlət orqanı – Demokratik Islahatlar Şurası (DIŞ) yaradılır və ona  ölkədə köklü islahatların həyata keçirilməsi həvalə edilir;
4.1. DIŞ rəsmi hakimiyyət və Ictimai Palatanın paritet əsasda təqdim etdiyi namizədlərdən ibarət tərkibdə formalaşdırılır. DIŞ-də eyni zamanda siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilatları, media quruluşları, ziyalıların, gənclər hərəkatlarının nümayəndələri və mütəxəssislər təmsil olunur;
5. Seçki qanunvericiliyi sahəsində:
5.1. Ali hakimiyyət və yerli özünüidarə orqanlarının proporsional seçki sistemi əsasında formalaşdırılması tətbiq edilir. Bu məqsədlə konstitusiyada müvafiq dəyişikliklər edilir;
5.2. Seçki komissiyalarının şəffaf və paritet əsaslarla formalaşması təmin edilir;
5.3. Növbəti prezident seçkilərindən əvvəl növbədənkənar yeni parlament seçkilərinin keçirilməsi məsələsi gündəmə gətirilir;
5.4. Iri şəhər bələdiyyələrinin yaradılması və bələdiyyə başçılarının birbaşa seçilməsi qanunda öz əksini tapır;
5.5. Parlament və bələdiyyələrin çoxpartiyalı əsasda seçilməsi üçün hüquqi baza yaradılır.
6. Əsas insan hüquq və azadlıqları sahəsində:
6.1. Insan amilinə diqqət, vətəndaşların hüquq və azadlıqlarının qorunması dövlət strukturlarının ən mühüm, prioritet məsələsi kimi gündəmə gətirilir;
6.2. Informasiya haqqında qanun liberallaşdırılır və diffamasiya haqqında qanun qəbul edilir;
6.3. Ölkədə qanunun aliliyi və insanların mülkiyyət hüququ qorunur;
7. Sosial hüquqlar sahəsində:
7.1. Sosial dövlət konsepsiyası hazırlanır və həyata keçirilir;
7.2. Maaş vəÿ sosial ödənişlərin minimum hədləri və ya baza hissələri dərhal iki dəfə artırılır;
7.3. SSRI dövrü əmanətləri qaytarılır;
7.4. Neft gəlirlərindən hər bir vətəndaşa birbaşa pay verilməsi təmin edilir;
7.5. Ana və uşaqların sosial imtiyazları bərpa edilir;
8. Korrupsiyaya və monopoliyaya qarşı mübarizə sahəsində:
8.1. Korrupsiyaya qarşı mübarizə komissiyası DIŞ-in formalaşmasına uyğun qaydada həyata keçirilir və şəffaf şəkildə fəaliyyətə başlayır;
8.2. Adı korrupsiya qalmaqallarında hallandırılan oliqarx məmurlar ÿvəzifədən uzaqlaşdırılır, barələrində təhqiqat başlanır və bu təhqiqat başa çatana qədər onların dövlət qulluğu və siyasi vəzifələr tutmasına yol verilmir;
8.3.  Məmurların gəlir deklarasiyası məsələsi demokratik şəkildə həllini tapır;
8.4. Dövlət büdcəsindən maliyyələşən iş və xidmətlərinÿ monitorinqləri həyata keçirilir;
8.5. Antimonopoliya komissiyasi mətbuatın və Ictimai Palatanın təmsilçiliyi əsasında yenidən təşkil edilir və şəffaf şəkildə fəaliyyətə başlayır;
8.6. Ölkədə rəqabətli liberal iqtisadiyyatın formalaşması  üçün müvafiq qanunlar qəbul edilir;
9. Işğal edilmiş torpaqların azad edilməsi və Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması sahəsində:
9.1. Hakimiyyət, siyasi müxalifət, vətəndaş cəmiyyəti, işğal olunmuş ərazilərdən qaçqın düşmüş əhalinin nümayəndələri, tanınmış ziyalılar, Qarabağ müharibəsi veteranlarının və iştirakları zəruri və faydalı hesab olunan digər şəxslərin iştirakı ilə Qarabağ məsələsinə dair müzakirələr – Qarabağ qurultayı keçirilir və vahid milli mövqenin formalaşmasına nail olunur;
Ücüncü mərhələ: Legitim hakimiyyətin formalaşması və keçid dövrünün başa çatması
10. Azad və ədalətli seçkilər yolu ilə hakimiyyətin bütün qolları formalaşdırılır;
10.1. Milli Məclisə növbədənkənar ÿseçkilər keçirilir;
10.2. Demokratik rəqabət şəraitində növbəti prezident seçkiləri keçirilir;
10.3. Çoxpartiyalılıq əsasında bələdiyyələrə növbəti seçkilər keçirilir;
10.4. Iri şəhər bələdiyyələri yaradılır;
10.5. Bələdiyyə başçıları birbaşa seçilir;
10.6. Yerli icra hakimiyyətlərinin yerli özünüidarə ilə bağlı ÿsəlahiyyətləri bütünlüklə bələdiyyələrə verilir;
11. Prezident respublikasından parlament respublikasına keçid haqda geniş ictimai diskussiyalar aparılır;
12. Konstitusiyada yeni mərhələyə uyğun müvafiq dəyişikliklər aparmaq məqsədilə bütün siyasi qüvvələrin və ictimaiyyətin təmsil olunduğu geniş tərkibli konstitusiya komissiyası yaradılır. Konstitusiyanın yeni layihəsi xalqın müzakirəsinə və referenduma çıxarılır.