
İspan mühəndisləri yeni nəsil akkumulyator batareyası hazırlayıb. Yeni qurğu analoqlarından 77% ucuzdur və cəmi 8 dəqiqəyə enerji yığmağa imkan verir. Bundan sonra avtomobil 1000 km yol qət edə bilər. Batareyalar artıq 4 alman avtomobili şirkəti tərəfindən sınaqdan çıxarılıb.
Hazırda bu batareyaların kiçildilməsi üzərində işlənilib. Sınaq uğurla keçsə, smartfonlar 5 saniyəyə enerji yığa biləcək.
azadlıq.info


