
İndi Platini Dubayda İdman konfransında deyib ki, xəbərdarlıq olan sarı kart, oyundan tamam çıxardan qırmızı kart qalacaq, ancaq ağ kart göstərməklə kobudluğa görə oyunçunu müvəqqəti olaraq 5, 10 dəqiqəliyə oyundan çıxartmaq olar.
Platini deyib ki, bu qayda reqbi kimi başqa idman növlərində mövcuddur.
Platini həmçinin təklif edir ki, oyundan kənar vəziyyət qaydası sadələşdirilməlidir. Onun fikrincə, qayda sadə olmalıdır ki, televiziya qarşısındakı daha çox tamaşaçı bu qaydanı anlasın. (azadliq.org)