ABŞ Koreyanın internetini yenə kəsdi

ABŞ-ın “Sony Pictures” kino şirkəti komediya janrında yeni film çəkib.  “Müsahibə” adlı filmdə  Şimali Koreyanın prezidenti  Kim Çen Inın  obrazı canlandırılır və ölkədəki diktatura rejimi ironiya obyektinə çevrilir.  Filmin nümayişi  Kim Çen Inın qəzəbinə səbəb olub və  “Sony Pictures”ə qarşı xaker hücumu təşkil edilib. Bundan sonra filmin nümayişi dayandırılıb. Eyni zamanda Şimali Koreyanın hökumət rəhbərləri  ABŞ prezidenti Barak Obamanı təhqir ediblər.  Daha sonra ABŞ hökuməti məsələyə müdaxilə edib və nəticədə Şimali Koreyanın interneti kəsilib.

Qeyd edək  ki, son 1 həftə ərzində  ABŞ Şimali Koreyanı 3 dəfə internetdən məhrum edib.