Kitab-uzu

Görkəmli jurnalistə həsr olunmuş kitab

Kitab-uzu

Bu günlərdə çapdan çıxmış “İşığa doğru” kitabı tanınmış telejurnalist, Azərbaycan jurnalistika elminin və audiovizual mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş nəzəriyyəçi-alim, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin həyat və yaradıcılığına həsr edilmişdir. Kitabda ölkəmizin görkəmli elm və mədəniyyət xadimləri, sənət adamları, ölkə ictimaiyyətinin tanınmış nümayəndələrinin yazıları verilmişdir. 
BDU-nun professoru Şirməmməd Hüseynov kitaba giriş sözü yazıb. Azərbaycanın böyük söz ustaları – Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Musa Yaqub, Məmməd Aslan və Vaqif Bəhmənlinin kitabda yer almış yazılarında Q.Məhərrəmlinin şəxsiyyəti və yaradıcılığı müxtəlif prizmalardan təhlil olunmuşdur. Millət vəkilləri Elmira Axundova, Nizami Cəfərov, görkəmli elm və mədəniyyət adamları – Rafiq Əliyev, Cəmil Həsənli, Nizaməddin Şəmsizadə, Fəxrəddin Veysəlli, Ramiz Abutalıbov, Əjdər Ağayev və başqaları öz məqalələrində professor Q.Məhərrəmlinin çoxşaxəli yaradıcılığından bəhs etmişlər.
Kitabda Azərbaycan mediasının tanınmış simaları, həmçinin kino və televiziya xadimləri – Vasif Babayev, Arif Əliyev, Elçin Şıxlı, Natiq Məmmədli, Rövşən Almuradlı, Oqtay Babazadə, Qüdrət Piriyev və başqaları da professor Qulu Məhərrəmlinin Azərbaycan jurnalistikası və audiovizual mədəniyyətimizin inkişafı naminə göstərdiyi xidmətlərdən söhbət açmışlar.
Kitab “Qanun” nəşriyyatında kütləvi tirajla nəşr olunmuşdur.
 
kitab uzu