Kamil Vəli Nərimanoğlu
İyirmi beş il əvvəl yaradılan “Azadlıq” qəzeti Azərbaycan xalqının Azadlıq əzminin və mübarizə eşqinin simvoludur. Milli Azadlıq Hərəkatının öncüllərindən biri, qəzetin ilk baş redaktoru Nəcəf Nəcəfovun adı Azərbaycanın mətbuat tarixinə qızıl hərflərlə yazılıb.
İstər Milli Azadlıq Hərəkatının mübarizəsi illərində, istər bir illik milli hakimiyyət dövründə, istərsə də 22 illik irticanın repressiyaları altında “Azadlıq” həmişə öz prinsiplərinə sadiq qalıb, simasını itirməyib. “Azadlıq” indiyədək xeyli sınaqlardan keçib, hamısından da üzüağ və şərəflə çıxıb. Məruz qaldığı təzyiqlər, əməkdaşların həbsi, misli görünməmiş şantajlar “Azadlıq”ı öz yolundan döndərə bilməyib. Bu gün “Azadlıq” alçaldılmış və təhqir edilmiş xalqın təmizlik, dönməzlik simvoluna çevrilib.
“Azadlıq”ın əməşdaşlarını, eləcə də bütün “Azadlıq”sevərləri bu böyük tarixi gün münasibətilə ürəkdən təbrik edirəm. “Azadlıq”ın 25 illik tarixində şərəfi, ləyaqəti, insanlıq mübarizəsinı, hüququ və haqqı müdafiə edən, bunun uğrunda qəhrəmancasına döyüşən qələm sahiblərini bağrıma basıb, onlara can sağlığı və daha böyük mübarizə əzmi diləyirəm.
Allah sizləri qorusun!