Tanınmış hüquqşünasdan ”Azadlıq”a təbrik

Hüquqşunas Müzəffər Baxışov qəzetə təbrik göndərib: “Azadlıq” qəzeti Azərbaycanda demokratiya, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmini sahəsində bir qalada fəaliyyət göstərən “Azadlıq qalası” adlandıra biləcəyimiz bir qəzetdir. Belə çətin bir qalada olmasına baxmayaraq qəzet öz fəaliyyətini davam etdirir. Düşünürəm ki, onun bu fəaliyyəti Azərbaycanda son nəticədə hüquq dövlətinin yaranmasına gətirib çıxaracaq və bu işdə qəzetin bütün kollektivinə uğurlar arzulayıram. Öz əqidələrində dəqiq, dürüst və azadlıq uğrunda mübarizələrində nailiyyətlər arzulayıram.