Generaldan ”Azadlıq”a təbrik

Hörmətli Redaksiya Heyəti

 

Sizi və redaksiyanın kollektivini qəzetin 25 illik yubileyi münasibəti ilə təbrik edir, hamınıza cansağlığı və uğurlar arzulayıram. 25 illik qısa zaman kəsiyində “Azadlıq” qəzeti yüksək peşəkarlıqla həyatımızın bütün sahələrini obyektiv işıqlandırmış, böyük cəsarətlə neqativ hallara tənqid etmiş, düzü düz, əyrini əyri göstərmiş və ona görə də oxucuların hüsn-rəğbətini qazanıb ən çox oxunan qəzet olmuşdur. 

Arzum qəzetinizin Qarabağda, Zəngəzurda və nəhayət Təbrizdə oxunmasını görməkdir.

Hörmətlə, Ədliyyə generalı, pensiyaçı, Milli şuranın üzvü             

Hüseyn Hüseynov