
Gürcüstan paytaxtında müxalifətin keçirdiyi mitinq dağıdılıb.
“Azadlıq” radiosunun müxbiri xəbər verir ki, saat 24:00 radələrində xüsusi təyinatlı polislər aksiyanı dağıtmağa başlayıblar. Bu zaman rezin güllələrdən, gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə olunub:
«Qara maskalılar heç nəyə baxmırdılar, kim gəldi vururdular. Təxminən 10-15 dəqiqə sonra meydan tamamilə boşaldıldı. Bu zaman jurnalistlərin çəkiliş aparılmasına da imkan verilmədi».
Xəsarət alanlar var.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2 nəfər ölüb. Onlar müxalifət liderlərindən birinin maşının altında qalıblar.
«Polis Vladimir Masxuraşvili və keçmiş polis, 54 yaşlı Nodar Tsxadadze həlak olublar», – deyə Gürcüstan DİN-in şöbə rəisi Şota Utiaşvili bildirib.



