Əliyev rejiminin yəhudi icması ilə də münasibətləri pisləşib

Fuad Qəhrəmanlı: «Hakimiyyətin apardığı repressiv siyasət ona qarşı loyal davranışa yer qoymur»

Xəbər verdiyimiz kimi, Israilin “Haaretz” və “Yerusalem Post” kimi ən tirajlı qəzetlərində Azərbaycanla bağlı dərc edilən tənqidi məqalələr YAP iqtidarının hiddətinə səbəb olub. Prezidentin mətbuat katibi Azər Qasımov məsələyə münasibət bildirərək, Israili ittiham edib.

O, “AzərTAc”a müsahibəsində deyib ki, Israil mediasında Azərbaycanla bağlı bu səpkili məqalələr vaxtaşırı dərc olunmaqdadır: “Doğrudan da, Israildə hökumət-media münasibətlərini nəzərə alanda görürsən ki, bunlar heç də təsadüfi deyil. Xüsusilə, rəsmi strukturların bu cür yazılarla bağlı bir dəfə də olsun, reaksiya verməməsi bunların rəsmi şəkildə sifariş xarakteri daşıdığını deməyə əsas yaradır”.

Azər Qasımov bildirib ki, hər iki qəzetdə gedən məqalələr olduqca qərəzli, jurnalist etikasından tamamilə uzaq, böhtan xarakterli olmaqla, cəfəngiyyatdan başqa bir şey deyil.

Qeyd edək ki, ölkəmizdə son dövrlərdə güclənən repressiyalar Qərb mətbuatında, həmçinin dünyanın əksər hökumətləri və beynəlxalq təşkilatlar tərəfindən tənqid olunur. Xarici ölkələrin istər dövlət, istərsə də qeyri-hökumət təşkilatları xüsusən son dövrlərdə Azərbaycanda insan hüquqlarının acınacaqlı durumuna, demokratiyanın boğulmasına qarşı barışmaz mövqe nümayiş etdirir.

Israil mətbuatı Azərbaycandakı bu hadisələrə daim ehtiyatlı davranışıyla diqqəti çəkib. Lakin son dönəmdə baş verənlər artıq Israilin də Azərbaycandakı proseslərə yanaşmada fəallıq göstərdiyini ortaya qoyur. Bəzi analitiklər bunu Azərbaycanın Qərb və Avropayla münasibətlərinin kəskinləşməsilə izah edir.

Politoloq Fuad Qəhrəmanlı deyir ki, uzun illər Azərbaycan hökuməti bir qrup vasitəsilə beynəlxalq səviyyədə özünə olan münasibətləri tənzimləməyə çalışıb və müəyyən mənada, buna nail olub da. Amma hazırda beynəlxalq güclərlə Azərbaycan  arasında elə bir gərgin münasibət formalaşıb ki, bunu artıq “soyuq müharibə”yə də bənzətmək olar: “Hakimiyyətin apardığı repressiv siyasət ona qarşı loyal davranışa yer qoymur. Bu isə hakimiyyətin beynəlxalq səviyyədə özünün dayaqlarını itirməsi deməkdir. Artəq elə bir vəziyyət yaranıb ki, iqtidara beynılxalq səviyyədə dəstək olacaq, lobbiçilik edəcək güc qalmayıb. Bir vaxtlaru iqtidarla iş birliyində olan müəyyən güclər indi ondan üz döndəriblər.çünki bu hakimiyyətləaq artıq dünya ictimai rəyinin qınağına tuş gəlmək deməkdir.  Bu baxəmdan İsraillə münasibətlərin soyuması da hakimiyyətin beynəlxalq təcridinin növbəti mərhələsidir. Vaxtı ilərail dövləti ilə və beynəlxalq yəhudi lobbisi ilə olaan isti münasibətlər artıq pozulmaqdadır. iqtidarın açıq aşkar Rusiyaya meyillənməsi də İsrail Azərbaycan münasibətlərinə təsir göstərir.  Azərbaycanda irticaçı rejimin mövcudluğu dünyada özünəmət edən dövlətlərin,güc mərkəzlərinin  mövcud hakimiyyətlə məsafəli davranmasınna səbəb olur. İndi iqtidar İsrailin simasında ən yaxın müttəfiqlərini də itrirsə bu artıq ciddi nəticələr çıxaramaq üçün yetərlidirş. Prezidentin mətbuat xidmətinin bu məsələ ilə bağlı sərt reakksiyası da onu göstərir ki,məsələ təkcə qəzet məqaləsi səviyyəsində ifadə olunan münasibət  deyil, iqtidar İsrail dövlətinin də bu məsələdə mövqeyinin dəyişməsindən ciddi narahatlıq keçirir”.

Fuad Qəhrəmanlı qeyd edir ki, ölkəmizin Qərb dəyərlərinə münasibətdə nümayiş etdirdiyi münasibət yəhudi icmasıyla əlaqələrin zədələnməsinə səbəb olub. Bu isə ölkəmizin beynəlxalq səviyyədə sonuncu isnadına, bağlarına mənfi təsir göstərə bilər: “Insan haqlarının pozulması, demokratik dəyərlərin itirilməsi kəskin şəkildə tənqid olunur. Bütün bunlar isə yəhudi icmasıyla hakimiyyət arasındakı münasibətləri gərginləşdirir”.

Nigar