Ramiz Mehdiyev Rusiyanın işinə yaradı

Moskva Qərbi administrasiya rəhbərinin fikirlərilə «vurdu»

“Nezavisimaya qazeta” Rusiyanın Maliyyə Universitetinin birinci prorektoru Konstantin Simonovun prezident Vladimir Putinin keçirdiyi geniş mətbuat konfransında verilmiş mesajlara dair “Kart-blanş: müxalifət haqda üç mif” başlıqlı məqaləsini dərc edib.

Virtualaz.org saytı xəbər verir ki, müəllif Vladimir Putinin mətbuat konfransının, ondan əvvəl isə xalqa müraciətinin əsasən iqtisadiyyata həsr olunduğunu xatırladır.

Məqalədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin fikirlərinə də istinad edilib.  

“Müxalifət israr edir ki, seçkilərdə yalnız o, yüksək nəticə göstərsə, Qərb seçkiləri demokratik sayacaq. Bu zaman Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin dediklərini xatırlamaq lazım gəlir. O demişdi ki, 2013-cü il prezident seçkiləri zamanı ABŞ nəticələri banal şəkildə saxtalaşdırıb müxalifətin namizədinə 25 faiz səs yazmağı təklif etmişdi, vəd etmişdi ki, bu halda seçkilərin nəticələrini demokratik hesab edəcək”,- deyə müəllif bildirir. Göründüyü kimi anti-Qərb kampaniyasında Azərbaycan və Rusiya hakimiyyətləri bir-birinə açıq dəstək verir.