Bu günlərdə 25 illik yubileyi olan Azadlıq qəzetini, onun mübariz kollektivini Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatı adından səmimi qəlbdən təbrik edirəm. Azadlıq qəzeti Azərbaycanın milli demokratik hərəkatı ilə yaşıddır və həmin hərəkat dövrünün mübariz ruhunu yaşadıb bu günlərə çatdlrmış azsaylı sivil institutlardan biridir. Bu gün Azadlıq qəzetinin yaşaması, inkişaf etməsi bütövlükdə Azərbaycanın demokratik hərəkatı üçün bir şərəf məsələsidir.
Təəssüf ki, bu günkü Azərbaycanda bir-birinin ardınca şərə təslim olmuş sivil, siyasi institutlar, mübarizənin ağırlığına dözə bilməyib sınmış, satılmış adamlar dənizində Azadlıq qəzeti tənha bir Azadlıq adasına bənzəyir. AZAD arzu edir ki, Azadlıq qəzeti ən yaxın gələcəkdə də 25 il öncə olduğu kimi Azərbaycan xalqının azadlıq və demokratiya yoluna işıq salacaq və Azərbaycanın inkişaf etmiş dünya ölkələsi sırasına qədəm qoymasında əvəzsiz xidmətlərini göstərəcəkdir.
Dərin hörmətlə, Elmar Şahtaxtinski,
Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda təşkilatının sədri