Amerikalı politoloq “Azadlıq”ı təbrik etdi

Azərbaycan ictimayyətinə tanış olan amerikalı politoloq və araşdırmaçı jurnalist Karl Rader “Azadlıq”ın 25 illik yubileyi münasibətilə qəzeti təbrik edib. Amerikalı politoloq illər öncəni xatırladaraq “Azadlıq”la ilk dəfə yaxından tanışlığın yada salıb:“İlk dəfə 2005-ci ilin oktyabrında “Azadlıq”ın ofisində odum. O zaman “Azadlıq” Azərbaycanda mövcud olan azsaylı müxalifyönlü xəbər qaynaqlarından biri idi”. 

Karl Rader təbrik məktubunda yazır ki, “Azadlıq”ın əməkdaşları hər il artan təhdidlərə baxmayaraq öz fəaliyyətlərini davam etdiriblər:“Tanıdığım redaktorlar, jurnalistlər, reportyorlar və fotoqraflar hakimiyyətin təhdidləri altında ölkədə alternativ xəbər yaymaq istiqamətində çalışırlar. “Azadlıq” kimi quruluşlara həmişəkindən daha da artıq ehtiyac var. 25 illik yubileyi münasibətilə qəzetə ən xoş arzularımı çatdırıram”.