AXCP sədri Əli Kərimli dekabrın 23-də Müsavat başqanının müavini, siyasi məhbus Tofiq Yaqublunun ailəsinə baş çəkib. AXCP sədrini partiyanın Ali Məclis sədri Həsən Kərimov, Rəyasət Heyətinin üzvləri Gözəl Bayramlı və İlham Hüseyn müşaiyət edib.
Əli Kərimli Tofiq Yaqublunun ailəsinə AXCP-nin dəstəyini ifadə edib, onu tezliklə azadlıqda görmək arzularını çatdırıb.
Tofiq bəyin ailəsi göstərdiyi diqqətə görə AXCP rəhbərliyinə tə.əkkür edib, bütün mübariz insanlara onun salamlarını çatdırıb.
Əli Kərimli Tofiq Yaqublunun ailəsinə baş çəkdi
•
•