
Rusiyanın baş naziri Dmitri Medvedev xəbərdarlıq edib ki, Rusiya öz xərc planlarından imtina etsə, dərin tənəzzüllə üzləşə bilər. Dekabrın 23-də Medvedev deyib ki, hökumət özünün strateji məqsədlərindən və sosial xərclərindən geri çəkilməyəcək.
Hakim Vahid Rusiya partiyasının toplantısında çıxış edən baş nazir bildirib ki, indiki vəziyyət 2008-ci il böhranındakı vəziyyətdən fərqlidir. Onun sözlərinə görə, o vaxt Rusiya dünya ilə birlikdə böhrandan çıxırdı, indi isə bir çox ölkələr “Rusiyanın inkişafına mane olur” (azadliq.org).


