Türkiyəli professordan “Azadlıq”a təbrik

“Azadlıq” qəzeti Allahdan başqasına boyun əyməyərək, şərəf mücadiləsi verən və əsla təslim olmayandır”

“Azadlıq” qəzeti 25 illik yubileyi ilə bağlı qardaş Türkiyədən də çoxlu təbriklər alır. Belə təbriklərdən birini də tanınmış professor Yəhya Taştələn göndərib. Yəhya bəy təbrik məktubunda yazır:

“Azadlıq” qəzeti  min bir cəfaya, əziyyətə, işgəncələrə rəğmən, polis dövlətinə və zülmə önəm vermədən, şərəflə öz missiyasını davam etdirir. Bu, həm də xalqımızın namus və şərəfinin təminat altında olduğunu göstərir. Türkiyədə də “Azadlıq” kəlməsi zövqlə işlədilir.
“Azadlıq” qəzeti heç vaxt “Azadlıq” kəlməsini neqativ mənada istismar etmədi. Bu qəzet Türk dünyasını birlşdirən təməl ünsür olmuşdur. Yəni, “Azadlıq” qəzetinin ilk hədəfi azadlığı müdafiə etmək və qorumaq olmuşdu. Mənim şəxsi qənaətimə görə, “Azadlıq” qəzeti Allahdan başqasına boyun əyməyərək, şərəf mücadiləsi verən və əsla təslim olmayandır.
“Azadlıq” qəzetinin ictimai-siyasi mövqeyi ismət, səbr, bilim, mərdlik olaraq görünməkdədir.
Əziz Atatürkün dediyi kimi, türk xalqı əsrlərdən bəri azad, müstəqil yaşamış və yaşamaqda davam edəcəkdir. İnanırıq ki, xalqımız bu mübarizəni davam etdirmək üçün “Azadlıq” qəzetinə dəstək olacaq, onun arxasında qala kimi dayanacaq.
“Azadlıq” qəzetində yarınmaq, yaltaqlanmaq, iqtidardan mənfəət güdmək kimi bir hal görmədim.
Hürriyyət və azadlıq savaşçıları daima diktatura rejimləri ilə savaşıb və bu rejimlərin qorxulu yuxusana çevrilib. Ölkədə həbsxanlar vicdan məhbusları ilə dolub və zindanlar azad insanların xoşbəxt məkanına çevrilib. Bu adamlar öz nümunələri ilə tarixin səhifələrini bəzəməkdədilər.
“Azadlıq” qəzetinin 25 yaşı xalqımız və dövlətimizin həqiqi müstəqilliyinə qovuşması üçün vəsilə olsun”.