“Azadlıq” qəzeti hürriyyət mübarizəsinin yenilməz bir döyüşçüsü olmuşdur”
Türkiyənin nüfuzlu jurnalist təşkilatlarından biri olan Ankara Qəzetçilər Cəmiyyəti “Azadlıq” qəzetini 25 illiyi münasibətilə təbrik edib. Cəmiyyətin sədri Nazmi Bilgin “Azadlıq”ın baş redaktoru Qənimət Zahidin adına göndərdiyi təbrik məktubunda yazır:
“Dəyərli həmkarım Qənimət Zahidov.
Azərbaycan Türk dünyasının kilididir. Azərbaycan türkü tarix böyünca Türk dünyasının fikir memarlığında, hürriyyət qavramlarının inkişafında böyük rol oynamışdır.
Azərbaycan türkü 73 il hökm sürən kommunizmin ən çox əziyyətini çəkən bir millət olmuşdur. Çoxsaylı ziyalılar, düşüncə adamları, oyaq vətənsevərlər həbslərdə, Sibir çöllərində qətl edilmişdir. Amma Azərbaycan türkü 1989-cu ilə qədər bu şərəfli mübarizəni qorxmadan davam etdirmişdir. Bir qəzetçi olaraq 1989-cu ildən bu yana sevərək və qürurlanaraq izlədiyim “Azadlıq” qəzeti hürriyyət mübarizəsinin yenilməz bir döyüşçüsü olmuşdur. “Azadlıq” qəzeti bugün də çağdaş demokratiya və insan haqları mövzusunda müxtəlif çətinliklərə rəğmən nəşrinə liderliklə və əməkdaşlarının yenilməzliyi ilə davam etməkdədir.
Qafqazın türk dünyasının bütün məsələlərdəki azadlıq döyüşçüsü olan “Azadlıq” qəzetinin 25-ci ilini təbrik edirəm. Rəhmətlik Elçibəydən, qurucunuz Nəcəf bəydən bu yana əməyi keçən hər kəsə təşəkkür edirəm, indi aramızda olmayanlara rəhmət diləyirəm. Bu vəsilə ilə bütün Azərbaycana sevgilərimi göndərirəm”.