Tanınmış vəkildən “Azadlıq”a təbrik

Tanınmış vəkil Əsabəli Mustafayev “Azadlıq”ın 25 illiyini təbrik edib. Təbrikdə deyilir:

“Mən uzun illərdir ki, “Azadliq” qəzetini oxuyuram. Hazırkı dövrdə isə hər səhər ilk  müraciət etdiyim  məhz bu qəzetdir. Əminəm ki, minlərlə insan vəzifəsindən və siyasi mövqeyindən asılı olmayaraq, bu qəzeti oxumağı vacib hesab edir. Yəni, hətta onu sevməyənlər belə  “Azadliq”ı  oxumağa məhkumdurlar. Səbəbi peşəkarlıq, mövzu genişliyi və cəsarətdir. Əminəm ki, “Azadliq” milli mətbuat tariximizdə hər zaman yüksək zirvədə dayanacaq”.