Azadlıq ruhu

“AZADLIQ” qəzeti 25 yaşında. 25 il bir igidin ömrüdür, deyib dədə-babalarımız. İndi isə bir yox, onlarla, minlərlə, milyonlarla igid öz ad gününü – 25 illik ömrünü başa vurur. Yanılmadım, bu qəzet bütöv Azərbayjan xalqınındır. Birinji nömrəsinin üz qabığındakı şəklə diqqətlə baxın. Özünüzü də o bütöv xalqın içində görə bilərsiniz. Kimsə ona çamur ata, ləkələyə bilməz. Bu adı şərəflə, ləyaqətlə daşıyanlara eşq olsun!

 

Azad ruhlu, AZADLIQa təşnə xalqımızın tapındığıı ojaqdır bu qəzet. Bahadır bəylərin – Nəjəf bəyin, Xaliq bəyin, Hikmət bəyin, Sakit bəyin, Seymur bəyin, Zamin bəyin… doğma yurdudur AZADLIQ. Nə yaxşı, onu ölməyə qoymayıb yaşadanlar var! Azadlıq ruhu ölməzdir!

İndi Onu susdurmaq istəyirlər. Qazamatdan da AZADLIQ UŞAQLARININ “AZADLIQ” hayqıran səsləri ujalır. AZADLIQı dustaq etmək, boğmaq olmaz!

AZADLIQa ağız büzənləri, Onu bəyənməyənləri, “lazım” bilməyənləri Puşkin kimi biz də qarğıyaq:

“Azadlıq sürünün nəyinə gərək.

Nəsildən-nəsilə onun qisməti

Qamçıdır, süngüdür, bir də dəyənək!?

Məğrur Bədəlsoy