İgid jurnalistlərin qəzeti
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç «Azadlıq» qəzetini 25 illik yubileyi ilə bağlı isti sözlərlə təbrik edib. Onun qəzetimizə yolladığı məktubda deyilir:
«25 ildir ki, «Azadlıq» azad medianın səsi olaraq qalır. Bu, heç də asan başa gəlməyib və hətta mən deyərdim ki, bəlkə, heç vaxt da bu günlərdə olduğu qədər çətin olmayıb. Bu, olduqca önəmli və dəyərli jurnalistlər – qadınlar, kişilər əsl igidliklə azad bir cəmiyyətdə yaşamaqdan başqa heç nə istəməyən azərbaycanlıların səsini yaymaq cəhdləri göstərməkdədirlər. Bu mükəmməl işdə sizə uğurlar arzulayıram».