Forbes nəşri başa çatmaqda olan ildə Rusiyada milyarderlərin 73,4 mlrd dollar itirdiyini yazıb. Ən böyük itkiyə “Sistema” ASK-nin rəhbəri Vladimir Yevtuşenko məruz qalıb. Onun varidatı 9 mlrd dollar itirib və 0,9 mlrd dollarla milyarderlər siyahısını tərk edib. Ancaq yenə də Rusiyanın ən varlı adamları siyahısında 20-ci yerdə qalıb. İkinci yerdə Vladimir Lısinın itkisi 7,5 mlrd dollar olub və varidatı 8,7 mlrd dollara düşüb. Leonid Mixelson 8,7 mlrd dollar itirib və hazırda 9,1 mlrd dollara sahibdir. Gennadi Timçenko 7,8 mlrd dollar itirib və hazırda onun 69,1 mlrd dolları var. Alişir Usmanov 6,8 mlrd dollar itirib və 13,4 mlrd dollara sahibdir. Viktor Vekselbergin itkiləri 1,2 mlrd dollar olub. Hazırda onun varidatı 13,6 mlrd dollardır. Oleq Deripaskanın itkisi 1,9 mlrd dollar olub. Arkadi Rotenberq 898 mln dollar itirib.
azadlıq.info


