Murad Ədilovun istintaqı başa çatıb. Dekabrın 24-də bu, rəsmən elan ediləcək. Muradın vəkili Yalçın İmanov bu barədə “Azadlıq”ı məlumatlandırıb.
İstintaqın başa çatması elan edildikdən sonra müdafiə tərəfinin cinayət işi ilə tanışlığı başlayacaq. Daha sonra isə iş məhkəməyə göndəriləcək.
AXCP üzvü Murad Ədilov avqustun 11-də Sabirabadda yaşadığı kənddə həbs edilib. Ona saxlanılarkən fiziki və mənəvi işgəncələr verilib, öz əleyhinə ifadə alınmağa çalışılıb. Murad Ədilova onu qardaşı AXCP mətbayt xidmətinin rəhbəri, “Azadlıq” qəzeti və “Azərbaycan saatı” teleproqramının əməkdaşı Natiq Güləhmədoğluna görə cəzalandırıldığı da polisdə deyilib. Bu səbəbdən əksər beynəlxalq və yerli hüquq müdafiə təşkilatları MUrad Ədilova erilən narko-ittahamı uydurma hesab edərək, onun siyasi məhbus olduğunu qeyd edirlər.
Murad Ədilov keçən ay yüz siyasi məhbusla birlikdə Beynəlxalq Saxarov mükafatı ilə təlfif edilib.