ABŞ-dan Rusiyaya növbəti zərbə

ABŞ, Ukryananın sabitliyini pozduğuna görə, Ukraynanın  24 və Rusiyanın bəzi şirkətlərinə sanksiya tətbiq edib

Avropa Birliyinin (AB) Krımla hər cür ticarəti qadağan edən qərarının ardından, Vasington da hərəkətə keçərək, Rusiyaya qarşı təzyiqini artırıb. ABŞ prezidenti Barak Obama, Krıma investisiya yatırılmasını və ticarəti qadağan edən  sərəncam imzaladığını deyərək, Rusiyanı Krımın işğalını sona çatdırmasını tələb edib.

 Barak Obama: “Bu gün Ukraynadakı vəziyyətlə bağlı daha təsirli bir sərəncamı imzaladıq. Fərman, Krıma məhsul, texnologiya və ya xidmətlərin idxalıyla bərabər, Kırımdan məhsul, texnologiya və ya xidmətlərinin ixracını və Krıma yeni investisiya yatırılmasını qadağan edir. Sərəncam, Krımda fəaliyyət göstərən fərdlərə və təşkilatlara qarşı sanksiya tətbiq etmək hüququ da verir.