Rəhim Qazıyev Leyla Yunusu təbrik etdi

Keçmiş müdafiə naziri Rəhim Qazıyev həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusa ad günü təbriki ünvanlayıb. Təbrikdə deyilir:   

Hörmətli  Leyla xanım. Sizi  doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, daha böyük zirvələri fəth edəsiniz. Zamanında mövcud rejim tərəfindən repressiyalara məruz qalaraq, məhkumluq həyatı yaşayanlardan biri də mənəm. Bu qanunsuz həbsə qarşı öz zərif vücudu ilə etiraz edən, cəsarət nümunəsi göstərən siz Leyla xanım  məni siyasi məhbus kimi tanıtmağa müvəffəq oldunuz. Çox təəssüf edirəm ki, bu gün qərəzli və qəddar münasibətlə üzləşən,   törətmədiyi cinayətə  görə həbsxana həyatı yaşayan hörmətli Leyla xanıma  heç bir köməklik edə bilmirəm. Təbii ki, bu məni çox üzür. Müdafiə nazirliyinin yenicə yarandığı dövrlərdə nazirliyin  kütləvi informasiya  şobəsinin, analiktrik informasiya bölməsinin  yaranmasında   müstəsna xidmətlərinizi  qeyd etməmək çox haqsızlıq olardı.  Ordumuzun yenicə yatrandığı dövrdə  qeyrətli balalalrımızn düşmən üzərindəki qələblərini ilk növbədə sizin fədakarlığınız vasitəsilə xalqıımıza çatdırıb, onları sevindidirdik.  İndi sizin ünvanınıza ağlasığmaz, insan ləyaqətinə yad olan şər-böhtanlar deyilir. 

 Torpağın müdafisənidə 1 saat da olsun dayanmayan, rüşvətlə var-dövlət yığanlardan fərqli olaraq, siz həyat üçün  təhlükəli olan ön cəbhədə cəsur əsgərlərimiz arasında gəzir, onlara ana, bacı qayğısı göstərirdiniz.  Mən bunn heç kimdən çəkinmədən qeyd edirəm və həmişə də qeyd edəcəm. 

Leyla xanım? siz bir daha ləyaqətli əqidəli və cəsarətli olduğunuzu sübut etdiniz. Yəqin ki, vətənpərvər gənclər  sizin keçdiyiniz bu şərəfli həyat yolunu özlərinə örnək götürəcəklər. Mən inanıram ki,  siz bu çətinliklərdən də uğurlu qələbə ilə çıxacaqsız 

Bu doğum gününüzdə Sizə uca Allahdan can sağlığı, uğurlu qələbə və alın açıqlığı arzulayıram.  

Ürək ağrısıyla bu əziz gündə quru təbrikdən başqa heç nəyə gücü çatmayan, mübarizə qardaşınız Rəhim Qazıyev.