Qazaxıstan prezidenti Nursultan Nazarbayev vətəndaşları ölkənin müstəqilliyini müdafiə etməyə çağırıb və dövlətin yeni bayramı üçün planlarını açıqlayıb. Dekabrın 15-də Nazarbayev gələn il Qazax xanlığının 550 illik yubileyinin qeyd olunacağını deyib.
Nazarbayevin bu çıxışı Rusiya prezidenti Vladimir Putinin Qazaxıstanın tarixi ilə bağlı etinasız ifadəsinə cavabdır. Putin avqust ayında bəyan etmişdi ki, qazaxların heç vaxt dövləti olmayıb.
azadlıq.info


