Əli Kərimli Fransa səfirilə görüşdü

AXCP sədri Əli Kərimli Fransanın Azərbaycandakı səfiri Paskal Monye ilə görüşüb. Partiyadan bu haqda verilən məlumatda deyilir ki, görüşdə Azərbaycanla Avropa Birliyi, eləcə də Fransa arasındakı əlaqələr, hazırda ölkədəki ictimai-siyasi vəziyyət, vətəndaş cəmiyyəti və müxalifətə qarşı hücumlar, o cümlədən AXCP-yə qarşı repressiyaların son dalğası, siyasi məhbuslar problemi müzakirə olunub. Səhhətində ciddi problemlər olan siyasi məhbusların məsələsinə də ayrıca diqqət yetirilib.

Görüşdə həmçinin Azərbaycanda seçki islahatları istiqamətində zəruri olan addımlardan da danışılıb.