Rza Talebi
O, nə Bəsrədə doğuldu, nə də Hələbdə. Zənn etmirəm zindanlara sığan birisidir. Çünki siz zahiri görürsünüz, amma onların ürəkləri böyükdür.
Bu yazını iş yerindən yazıram. İsti bir yerdəyəm. Soba yanında. Amma neyləyim, yazıram… Hələbə yox, Bakıya yazıram. Qoxusunu itirdiyim Bakım!..
Xədicə nə “Eurovision”a qatılmış, nə də “O səs Türkiye”yə. Xədicə Dünya Azərbaycanlılarının Həmrəylik Günündə də yoxuydu. Qənirə Paşayevanın yanında konfranslar və restoranları gəzmədinsə…
Xədicə oturduğu yüksək kürsülərin önünə bayrağı da tərs taxmağa macal tapmadı.
Xədicə “Təbriz” deyib şeirlər oxumadı və sonra da Bakıda ola səfalətimizi susqun-susqun izləmədi.
Xədicənin nə səsi var, nə heykəli, nə pulu, nə avtomatı. Və nə Naxşıvana gedib-gəlir, nə də Hafiz Hacıyevə qulaq göndərir.
Amma…
Xədicə Qarabağın işğalında iştirak edib. Villalar tikib və 50 milyon azərbaycanlının prezidenti olub. Ramiz Mehdiyevi alqışlayıb. İstanbulda, Boğaziçində villa alıb. Türk dünyasına “Vodka” içərək, ağlayaraq, bəstələr, şeirlər qoşub. Xədicə Bakı küçələrində qaçqınları avara qoyub. Nefti yeyib-yeyib böyüyüb və Xədicə olub. Sizcə, beləmi? Bunlar Xədicəmi? Siz belə düşünürsünüzmü?
Bir siqaret çəkiliş… gəlirəm…
Seymur tutuqlananda üzüldüm, yaxın dostluğumuz var. Ankarada birlikdə günlərimiz olmuşdu. Amma kimsədən səs çıxmadı! Özümüzü deyirəm, halbuki, bu “öz”ün də kimlər olduğunu bilmirəm. Susduq. Çünki Seymur nə müğənni idi, nə şou-proqrama qatılmışdı, nə də “aparat”a əyilmişdi. Donu da dizdən yuxarı deyildi. Amma Seymur “Azərbaycan saatı”nda “Qaradağ” zəlzələsindən danışanda bizi dəstəkləyən Seymur Həziydi. Canımız idi. Birdən-birə unutduq. Seymuru da, Əvəzi də, Xədicəni də, Yürüşü də, Mahmudu da…
Xədicə…
Yuxarıda çalışırdım onu tərif edəm. Edə bilmədim. Maneken deyil, müzik starı deyil. O bir jurnalist. Arazın o tayından olan bir jurnalist. Yazır, ifşa edir, danışır… Böyük cəsarətlə düşündüyünü danışmaqdan qorxmayan bir qadın.
Xədicə İsmayıl məni intihara təşviq edib…
Bəli, Xədicə məni intihara göndərdi. Çünki mən onun kimi ola bilmədim. Cəsarətim olmadı. Cəsarət Xədicənin həyat yoldaşıdır. Demə, belə deyil, burax. Elə indicə dediyim kimidir. O bir yolu tutub və mücadilə verir. Bu cəsarət məni intihara təşviq edir. Mən ölməliyəm, mən haqqımı ala bilmirəm, səfalətlərə razıyam, diktatoru sevirəm və onların eşqi ilə sinəmi külünglərlə qazmalıyam.
Ay möhtərəm qazi! Bəli, təsdiq edirəm ki, bu qadın məni intihara yollayıb… Qarabağ, Rüşvət, yox, bağışla, Hörmət, Qarnı sıx din alimləri, Araza de, itilib getsin. Nə Arazı mərəz, nə “zadə”, nə “ov”ları… Bu qoca heykəl qadın məni intihara sürüdü. Kaş, sizə də qismət olsun. Aparatımız, mollamız, neftçimiz, millət vəkilimiz! Lütfən, bir silah alın, alnınıza dayayın. Çünki Xədicə hamını intihara məcbur edəcək. Yoxsa Bakının, o dənizin içində damarını kəsməlidirlər…


