Çempionlar Liqasının qrup mərhələsinə yekun vuruldu. Son oyun günündə daha 8 qarşılaşma baş tutub.
E qrupunun lideri “Bavaiya” öz meydanında CSKA (Moskva) klubunu sınağa çəkib. Moskva təmsilçisi 1/8 finala yüksəlmək üçün bu görüşdə mütləq qələbə qazanmalı idi. Lakin Münhen klubu möcüzəyə imkan verməyib. Oyun meydan sahiblərinin 3-0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər matçında “Roma” və “Mançester Siti” komandaları üz-üzə gəlib. Hər iki kluba növbəti mərhələyə adlamaq üçün qələbə lazım idi. Oyun “Mançester Siti”nin 0-2 hesablı qələbəsi ilə başa çatıb. ingiltərə klubu qrupunun ikincisi kimi növbəti mərhələyə adlayıb. “Roma” isə mübarizəni Avropa Liqasında davam etdirəcək.
F qrupunun liderləri “Barselona” və PSJ komandaları bu dəfə Kataloniyada münasibətlərinə aydınlıq gətirib. Qrupu lider kimi başa vurmaq üçün Paris təmsilçisini bir xal da qane edirdi. Lakin Kataloniya klubu 3-1 hesabı ilə qələbə qazanaraq qrup lideri olub. Digər oyunda “Ayaks” APOEL-lə qarşılaşıb. 4-0 hesabı ilə qələbə qazanan Hollandiya klubu mübarizəni Avropa Liqasında davam etdirəcək.
G qrupunda lider “Çelsi” klubu öz meydanında “Sportinq”lə üz-üzə gəlib. Artıq qrup liderliyini təmin etmiş “Çelsi” üçün bu görüş formal xarakteri daşıyırdı. Bununla belə London klubu 3-1 hesablı qələbə qazanıb. “Sportinq” klubu isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Səfərdə “Maribor”un qonağı olacaq “Şalke” isə 1/8 finala yüksəlmək üçün rəqibinə mütləq qalib gəlməli idi. Almaniya klubu 0-1 hesabı ilə qələbə qazanaraq qrupu ikinci yerdə başa vurub.
H qrupunda “Portu” öz meydanında “Şaxtyor” (Donetsk) klubunu qəbul edib. Artıq hər iki komanda 1/8 finala vəsiqəni təmin etdiyindən bu görüş onlar üçün formal xarakteri daşıyırdı. Oyun 1-1 hesabı ilə başa çatdı. Qrupun digər matçında “Atletik” (Bilbao) və BATE komandaları qarşılaşıb. Mübarizəni Avropa Liqasında davam etdirmək üçün Bilbao təmsilçisini bu oyunda 1 xal da qane edirdi. Oyun “Atletik”in 2-0 hesablı qələbəsi ilə başa çatıb.
azadlıq.info