Təbriz klubunun qapıçısı oyun satdı və qovuldu

Şimali Azərbaycanda da xeyli fanatı olan Cənubi Azərbaycan klubunun – “Traktorsazi”nin qapıçısı Hamed Lak komandanın heyətindən uzaqlaşdırılıb. Xəbərə görə, Təbriz klubunun rəhbərliyi bu qərarı İran çempionatının XVI turunda “Fulad”a məğlubiyyətdən (2:3) sonra verib.

Belə ki, sözügedən oyunda Lakın ciddi səhvlərə yol verməsi təbrizliləri qəzəbləndirib. Klub rəhbərliyi iranlı qolkiperin üç qoldan ikisini qəsdən buraxdığını düşünür. Bu səbəbdən Hamed qeyri-müəyyən müddətə komandadan uzaqlaşdırılıb. Məsələ araşdırıldıqdan sonra onun haqqında yekun qərar veriləcək. Elə buna görə də “Traktorsazi” Seneqal millisinin qapıçısı İssa Ndoyeni transfer edib (Virtualaz.org).