Fəzail Ağamalı Məmməd Əlizadədən fakt istədi
“Qarabağ kimi böyük bir problemin həlli yönündə ciddi bir situasiya yaranır, amma daxildə olan bir qrup avantürist, quldur məmur aranı qatmaqla məşğuldur”. Bu sözləri “Reytinq” qəzetinə müsahibəsində iqtidaryönlü Demokratik Azərbaycan Dünyası Partiyasının(DADP) sədri Məmməd Əlizadə bildirib.
O, DADP ilə yanaşı Azad Respublikaçılar, Azərbaycan Mübarizlər, Azərbaycan Milli Dövlətçilik və Azərbaycan Respublikaçılar partiyalarının da daxil olduğu “Yeni Islahatçılar Hərəkatı”nın yaranmasını məhz həmin “avatürist və quldur məmurlara” qarşı mübarizə aparmaq üçün yaradıldığını vurğulayıb. “Hakimiyyətdə bəzi yaramaz adamlar toplanıbsa, xalqın başına min oyun açırsa, buna göz yuma bilmərik”, – deyə DADP sədri əlavə edib. Məmməd Əlizadə “Hürriyyət” qəzetinə müsahibəsində isə deyib ki, Ilham Əliyevin ətrafına öyrədilmiş adamlar doldurulub və onlar dövlət başçısının həqiqəti bilməsinə mane olurlar.
Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı isə bu məsələ ilə bağlı “Azadlıq”a açıqlamasında deyib ki, Məmməd Əlizadə konkret ad çəksə daha yaxşı olar: “Həmin məmurların adlarını, soyadlarını desin: ”Bir sıra”, “bəzi” və bu kimi epitetlərlə danışmaq lazım deyil. Bu, ciddi qəbul olunmur. Mən Məmməd Əlizadədən fərqli olaraq düşünürəm ki, hakimiyyətdə ölkənin inkişafı üçün çalışan kifayət qədər məmur var. Doğrudur, öz maraqlarını düşünən insanlar da var. Lakin dövlət başçısının vaxtında gördüyü tədbirlər nəticəsində bu cür məmurlar işdən çıxarılır və hətta barələrində cinayət işi də başlanır”.
Azad


