Ukrayna böhranında Bazel sıçrayışı

Avropa Birliyi ölkələrinin XIN rəhbərləri dəqiq barışmaz mövqe nümayiş etdiriblər

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının dekabrın 4-5-də Bazeldə keçirilən iclası qarşıya qoyulmuş Ukrayna böhranının Qərb birliyi və Rusiya arasında konstruktiv dialoq axınına yönəltməyi nəzərdə tutan vəzifə baxımından səmərəli olub.

Şura iclasının birinci – əsas günü Avropa diplomatiyasının Ukrayna probleminə münasibətdə vahid yanaşması formalaşdığını nümayiş etdirdi. Avropa Birliyi ölkələrinin XIN rəhbərləri dəqiq barışmaz mövqe nümayiş etdiriblər, bununla da Rusiyanın Ukraynanın işlərinə müdaxiləsinə və mədəni Avropanı Rus ordusunun yeni hücumu ilə hədələnməsinə artıq dözməyəcəklərini göstəriblər.

Maraqlıdır ki, dekabrın 4-də Sergey Lavrovun ABŞ dövlət katibi Con Kerri ilə təkbətək görüşündən sonra həm Qərb koalisiyasının, həm də Rusiya prezidenti Vladimir Putinin davranışında metamorfoza baş verir. Demək olar ki, Bazeldə Ukrayna məsələsinin müzakirəsinin ertəsi günü Avropa Birliyi sanksiya basqılarını zəiflədir, Rusiya banklarının Avropa filiallarına çox zəruri olan Qərb kreditləri almaq hüququ verir.

Nazirlər Şurası iclasından dərhal sonra prezident Putin Fransa prezidenti Fransua Ollandla görüşdə Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, ölkənin cənub-şərqindəki separatçılar isə bir müddət əvvəl prezident Poroşenkonun təklif etdiyi Ukraynanın tərkibində xüsusi status müqabilində Donbasın müstəqilliyindən imtina edir. Eyni zamanda, münaqişə tərəfləri dekabrın 9-da start götürəcək yeni Minsk prosesi haqqında danışıblar.

Əlbəttə ki, münaqişə tərəflərinin bütün səviyyələrdə gözlənilmədən məhz Bazel sammiti dövründə kompromislər əldə etdiklərini demək olmaz. Gərginliyin azalması prosesi real olaraq başlanğıcını böyük 20-liyin Avstraliyada keçirilmiş noyabr sammitindən, daha dəqiq isə, prezidentlər Vladimir Putinin və Barak Obamanın qısa dialoqundan, daha sonra isə Rusiya lideri ilə kansler Angela Merkel, daha sonra isə həm də Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker arasında Qərb-Rusiya münasibətlərinin gələcək konturlarının ətraflı müzakirəsindən götürür. Bunun ardınca ABŞ vitse-prezidenti Con Baydenin Kiyevə səfərini də buraya aid etmək olar. O, Avstraliya danışıqlarının yekunlarına əsaslanaraq, rəsmi Kiyevin separatçılarla güzəştli danışıqlarına təkan verdi.

Hadisələrin gedişi göstərir ki, dünya prezident Yanukoviçin avtoritar rejiminin devrilməsi uğrunda Maydan hərəkatının başlamasından bir il sonra Ukrayna böhranında vektorların dəyişməsinin şahidi olur. Ukrayna yeni mürəkkəb inkişaf fazasına qədəm qoyur – qarışıq vəzifələrlə – milli sülhün bərqərar edilməsindən yaxın bir neçə ildə ölkəni sivil Avropa inkişaf yoluna çıxaracaq dərin inqilabi islahatlara qədər.

Ukraynanın bu yolu uğurla keçəcəyi, birinci növbədə, “olum və ya ölüm” seçimi qarşısında qalan Ukrayna xalqının qətiyyəti ilə əlaqədar çox az şübhə doğurur. Ukrayna qurbanlar verərək keçmişinə əlvida edib və təcavüz qarşısında birləşib. O, həmçinin ATƏT-in Nazirlər Şurasının nümayiş etdirdiyi birləşmiş beynəlxalq dəstək alıb. Beləliklə, sammit təşkilatın böhranı haqqında iddiaları təkzib edib və Avropa üçün çətin olan sınaqlar dövründə onun fəaliyyət qabiliyyətini, habelə 2015-ci ildə 40 illiyi tamam olacaq Helsinki təhlükəsizlik sazişlərinə sadiqliyini nümayiş etdirdi.

“Turan” Analitika Xidməti