Van Bastenin qolu UEFA tarixinin ən yaxşısı oldu VİDEO

UEFA qurumun 60 illiyi ilə bağlı ən yaxşı qolla bağlı səsvermə keçirib. Qurumun rəsmi saytında yayılan məlumata görə, UEFA-nın fəaliyyəti dövründə 10 ən yaxşı qol seçilib. Səsvermədə 2 milyondan çox adam 60 ən gözəl qol arasında seçim edib. 
Səsvermədə ilk yeri hollandiyalı Marko van Bastenin 1988-ci ildə Avropa çempionatının finalında SSRİ-nin qapısına vurduğu top qalib gəlib. SSRİ-nin qapısını  Rinad Dasayev qoruyurdu. Oyun isə Hollandiya yığmasının 2-0 hesablı qələbəsi ilə başa çatıb. 
2-ci yeri Mauro Bressanın («Fiorentina») ÇL-1999/00 qrup mərhələsində «Barselona»nın qapısına vurduğu qol tutub.  
3-cü yerdə Zinəddin Zidanın («Real») ÇL-2001/02 finalda «Bayer»in qapısından keçirdiyi qoldur.  
4-cü yer – Rui Koşta (Portulaqiya) – Avro-2004-də 1/4 finalda İngiiltərənin qapısına vurduğu qol. 
5–ci yer –  Piter Krauç («Liverpul») – ÇL-2006/07, qrup mərhələsində «Qalatasaray»a vurduğu qol.  
6-cı yer  –  Kriştiano Ronaldu («Mançester Yunayted») ÇL-2008\99 1/4 finalda «Portu»ya vurduğu qol.
7-ci yer –  Deyan Stankoviç («İnter») ÇL-2010/11 1/4 finalda «Şalke» ilə oyunda vurduğu qol. 
8-ci yer –  Radamel Falkao («Atletiko») 2011/12 Avropa Liqasının final oyununda «Atletiko»nun qapısından keçirdiyi top. 
9-cü yer Samüel Yumtiti («Lion») 2012/13 Avropa Liqasında 1/16 finalda «Tottenhem»ə vurduğu qol. 
10-cu yer – Zlatan İbrahimoviç – ÇL-2013/14 qrup mərhələsində «Anderlext»ə vurduğu qol. 
 
azadlıq.info