yaqland-yeni

“Xədicə İsmayıl dərhal azadlığa buraxılmalıdır”

Avroa Şurasının baş katibindən sərt bəyanat

Avropa Şurasının baş katibi Torbyorn Yaqland jurnalist Xədicə İsmayılın dərhal azadlığa buraxılmasına çağırıb. T.Yaqland 9 dekabr tarixli bəyanatında onun barəsində  iki aylıq həbs- qətimkan tədbirinin seçilməsindən narahat olduğunu bildirib. “Onun həbsi lazımsız idi. Bu, Azərbaycanda vətəndaş cəmiyyətinə, bir çox beynəlxalq ictimaiyyətə mənfi mesaj göndərir. Bu, Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin necə ağır şəraitdə olduğunu göstərir və Azərbaycanın üzərinə götürdüyü öhdəliklərinə ziddir.

Mən Xədicə İsmayılovanın  və  Avropa Şurasının  Azərbaycandakı digər partnyorlarının dərhal azadlığa buraxılmasına çağırıram”, – bəyanatda deyilir. (contact.az)