Olland bu geyimə görə hədəfə gəldi FOTO

Dekabrın 5-də Fransa Prezidenti Fransua Olland Qazaxıstana rəsmi səfər edib.

Axar.az xəbər verir ki, Olland qazax milli geyimində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə şəkil çəkdirib. Şəkil qazax rəsmilər tərəfindən sosial şəbəkələrdə yayılsa da, daha sonra silinib.

Lakin bloggerlər fotonu silinmədən öncə yükləyə biliblər. Ollandın qazax milli geyimindəki şəkli fotoşopla bir neçə formaya salınıb.