Peterburqda rublun “dəfn” mərasimi keçirilib

Peterburqda dekabrın 6-da rublun “dəfn” mərasimi keçirilib. “Vesna” demokratik gənclər təşkilatının 6 fəalı Neva prospekti ilə içində rublun simvolu olan improvizə olunmuş tabut aparıblar və sonda tabutu suya buraxıblar.

Aksiya iştirakçılarının üzündə Putinin, Milli Bank sədri Nabiullinanın, xarici işlər naziri Lavrovun, Rosneft prezidenti Seçinin maskaları olub.

Rusiya rublu il başlanandan dollara və avroya nisbətdə öz dəyərinin 35 faizni itirib.