Avropa Birliyi Türkiyəni Rusiyaya qarşı Qərbin sanksiyalarına mane olmamağa və Ankaranı İŞİD-ə qarşı mübarizədə daha sıx əməkdaşlığa çağırır.
Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb. Həftənin ilk günlərində Avropa Birliyinin xarici siyasət qurumunun rəhbəri Frederika Mogerininin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı bu məsələ müzakirə olunacaq.
Mogerini bildirib ki, səfər Avropa-Türkiyə münasibətlərinin strateji əhəmiyyətindən xəbər verir.
AB nümayəndə heyətinin Türkiyəyə səfəri Putinin bu ölkəyə səfərindən bir həftə sonraya təsadüf edir.
azadlıq.info


