Groznıya hücum baş məşqdir

Növbəti hücum nə zaman olacaq?

Mairbek Taramov,
müstəqil jurnalist, İsveç

Dekabrın 4-da Groznıda başlayan hadisələri olduqca az adam gözləyə bilərdi. Qroznının, faktiki olaraq, bütün mərkəzi hissəsi Qafqaz Əmirliyinin mücahidləri olan çeçenlərin, dağıstanlıların, inquşların, kabardinlərin, balkarların və başqa millətdən olan döyüşçülərin nəzarəti altına keçdi, marionet hökumət isə birdən-birə əməlli- başlı şoka düşdü.

Üstəlik, mücahidlərin bu xüsusi əməliyyatı olduqca dəqiq təşkil edilmiş, hədəflər də olduqca dəqiq müəyyən edilmişdi. Sosial şəbəkələrdə yayılan videoroliklərə baxanda da onların yüksək döyüş ruhu, əla hərbi hazırlıqları, mükəmməl silahlandıqları yaxşı müşahidə olunur və bu göstəricilərə əsasən dəqiq fikir yürütmək olar ki, hücum qəflətən baş verməyib.

Mücahidlər neçə nəfər olub?

Yerli və Moskva KİV-ləri yazırlar ki, hücum edənlər cəmi 7-8 nəfər olublar, onlar da antiterror əməliyyatının gedişində məhv edilərək sıradan çıxarılıblar. Amma belə görünür ki, bu, sadəcə olaraq, növbəti putinsayağı yalandır. Kadırov isə Moskvaya 5 nəfərin öldürüldüyü barədə raport verərkən öldürülmüş bir qrupun qalaqlanmış cəsədlərini göstərsələr də onların heç birinin sifəti görünmürdü. Buradan belə bir ehtimal yaranır ki, Kadırovçuların ənənəvi olaraq etdikləri kimi, bu dəfə də, göstərilən cəsədlər öldükdən sonra hərbi forma geyindirilmiş mülki vətəndaşlara məxsusdur.

Kadırovun yaxın çevrəsindən sızan bilgiyə görə 4 dekabr gecə döyüşünün mənzərəsi tamamilə başqa cürdür. Kadırovun güc strukturlarının komandirlərinin biri öz xidmət yoldaşı ilə telefon danışığında etiraf edir ki, hücum edənlərin sayı 400 nəfərdən az deyil, onlar şəhərin bütün mərkəzi ərazilərinə nəzarəti götürərək bütün polis idarələrini ələ keçiriblər və ən azı, 70-80 nəfəri öldürüblər.

Əməliyyata rəhbərlik və onun miqyası

Başqa bir videogörüntüdə mücahidlərdən biri videogörüntü ilə bəyan edir ki, onlar Qafqaz Əmirliyinin başçısı Əli Əbu Muhəmmədə tabe olan Çeçen bölgəsi üzrə imam Həzrətin (Əlisahab Kebekov) göstərişlərini həyata keçirirlər, müsəlman çeçenlərin öldürülməsi və təhqir edilməsinəı görə qisas alırlar. Mücahid bildirir ki, əməliyyatın gedişində oyuncaq hökumətin çoxlu sayda canlı qüvvəsi məhv edilib və çoxlu hərbi qənimət ələ keçirilib.

Buradaca qeyd etmək lazımdır ki,Qafqazın İmarətinin yeni əmiri dinc vətəndaşların öldürülməsini, eləcə də canlı partlayıcıları (özəlliklə qadınlar üçün) qadağan edib. Buradan belə anlaşılır ki, yeni Əmir Quran ayələrinin bilicisidir. Belə görünür ki, Qroznıya bu dəfəki hücumu terror aksiyası kimi qəlmə vermək bir qədər çətin olacaq.

Baş vermiş hadisənin təhlili onun miqyaslarını təsəvvür etməyə imkan verir. Əgər Mətbuat Evi ələ keçirilibsə, bazar yandırılıbsa, şəhərin mərkəzindəki bütün polis məntəqələri ələ kemirilərək polis nəqliyyatı bütünlüklə məhv edilibsə və hələ də bizə bəlli olmayan başqa əməliyyatlar uğurla həyətə keçirilibsı, deməli bu əməliyyata ən azı 200 nəfər mücahid cəlb edilib.

Əməliyyatın gedişi

Öncə Qroznıya polis forması geymiş kəşfiyyatçı mücahidlər daxil olub, onlar polis məntəqələrini ələ keçirərək onları zərərsizləşdiriblər, daha sonra mücahidlərin əsas qüvvəsi polis nəqliyyatını ələ keçirərək şəhərin mərkəzinə doğru irəliləyib və burada əsas döyüş əməliyyatları baş verib. Qəfləti hücum taktikasından yararlanan mücahidlər polis əməkdaşlarının öhdəsindən ani olaraq gəliblər və külli miqdarda döyüş sursatına əl qoyublar.
Buna görə də, onların gizli olaraq etiraf etdiklər 70-80 nəfərlik itki özünü doğruldan rəqəmdir.

Niyə Mətbuat Evi?

İzahı çox sadədir. Qroznının mərkəzində yerləşən bu bina ətrafdakı binaların hamısından xeyli yüksəkdir və onun yuxarı mərtəbələrindən yaxınlıqda yerləşən hökumət binaları aydın görünür. Mətbuat Evini ələ keçirən mücahidlər bu hökumət binalarını intensiv atəş altında saxlayırdılar və nəticədə həmin binalar ciddi zərər görüb.

18 il əvvəlki əməliyyat – Cövhər Dudayevin taktikası

Bu əməliyyat 1996-cı ilin mart ayının 6-da İçkeriya- Çeçen Respublikasının ilk prezidenti Çövhər Dudayevin komandanlığı altında təşkil edilən xüsusi əməliyyata çox bənzəyir. O zaman həmin əməliyyatın nəticəsində düçmənin çoxlu sayda canlı qüvvəsi məhv edildi, çoxlu hərbi qənimət əldə edildi, amma üsyançılar ciddi itki vermədilər və şəhəri 3 gün nəzarət altında saxladılar. O zaman çeçen komandanlığı bu əməliyyatı ,,Baş Məşq,, adlandırdılar. Bu ,,məşq,,dən sonra, avqustun 6-da çoxminli rus qoşunlarının əlində olan yarımmilyonluq şəhər Çeçen Ordusunun tam nəzarətinə keçdi, Çeçenistan ərazisində Rusiya təslim oldu. O günlərdə şəhəri ələ keçirən Çeçen Ordusunun cəmi 700 nəfərlik şəxsi heyəti vardı.
Beləliklə, 4 dekabr əməliyyatını yekunlaşdıraraq onu demək olar ki, mücahidlər 18 il əvvəl həyata keçirilən həmin əməliyyatı demək olar ki, təkrarən həyata keçiriblər və bu, bu əməliyyatda iştirak edənlərin döyüş təcrübəsinə sahib olduqlarını göstərir.

Ukrayna rusların burnundan gətiriləcək

Daha dəqiq dəyərləndirmə də ondan ibarətdir ki, mücahidlər əməliyyatı məhz, nə zaman həyata keçirəcəklərini dəqiq hesablayıblar. Bu ərəfədə Rusiya ordusunun hissələri Xankaladan çıxarılaraq müstəqil Ukrayna dövlətinin ərazisində hərbi əməliyyatlar üçün oraya aparılmışdır.

İndi əminliklə söyləmək olar ki, çoxlu miqdarda hərbi qənimət və ərzaq ehtiyatı ələ keçirən mücahidlər öz qış bazalarında yaxşı təlim və fiziki hazırlıq keçdikdən sonra yaza doğru Vətənin rus işğalçılarından azad edilməsi üçün geniş hərbi əməliyyatlara başlaya biləcəklər. Bu əməliyyatlar yazda və yayın əvvəllərində mütləq başlayacaq.