Xalid Qarayev izlənilir

AXCP fəalı, “Azərbaycan saatı” və “Azadlıq” qəzetinin əməkdaşı Xalid Qarayev izlənilir. Bu barədə o özü “Azadlıq.info”ya məlumat verib. X.Qarayevin sözlərinə görə, artıq bir neçı gündür izlənildiyini müşahidə edib. Dünən isə onu izləyənlərdən biri Xalidin yaşadığı evə gəlib və ailə üzvlərindən onun nə vaxt işə getdiyini və hansı saatda evə gəldiyini soruşub. X.Qarayev özünə qarşı növbəti təxribatın hazırlandığından şübhələnir.

Xatıraladaq ki, Xalid Qarayev bu yaxınlarda “küçədə ünvansız söyüş söymək” ittihamı ilə 25 sutkalıq həbs edilmişdi. 

azadliq.info