
Rusiya prezidenti Vladimir Putinin çıxışı zamanı baş nazir oturduğu yerdə yuxulayıb. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Dmitri Medvedev ölkə başçısının federal məclis qarşısında növbəti ənənəvi çıxışını dinləyərək yuxuya gedib.
Yeri gəlmişkən, bu ilk dəfə deyil ki, baş nazir vacib mərasimlərdə mürgüləyir. O, XXII Soçi Qış Olimpiadasının açılışında da yuxuya getməsi ilə gündəmə gəlmişdi.


