ABŞ qanunvericiləri «antiRusiya» qətnaməsi qəbul edib. Qətnamənin bəndlərinin böyük hissəsi ABŞ prezidentinə Ukraynadakı vəziyyətlə bağlıı Rusiyaya qarşı bir sıra tədbirlərin qəbul edilməsi ilə bağlı müraciəti nəzərdə tutur.
Nümayəndələr Palatasında keçirilən səsvermədə 411 parlamentari qətnamənin lehinə, 10 nəfər isə əleyhinə səs verib.
Sənəd ABŞ və onun müttəfiqləri tərəfindən Rusiya məmurlarına qarşı yeni sanksiyaların tətbiqini, həmçinin onların xarici hesablarının dondurulmasını nəzərdə tutur. Qətnamənin daha bir bəndi rusdilli əhalisi olan ölkələrə ABŞ yayım vasitələrinin yaradılmasını nəzərdə tutur.
«AB, Avropa və digər müttəfiqlərimiz Putinə aqressiv təzyiq göstərməlidir ki, onu özünü başqa cür aparmağa məcbur edə bilsinlər», – qətnaməni şərh edən senator Adam Kinzinger belə deyib.
Ondan artıq bənddən ibarət 758 saylı qətnamə Ukrayna hakimiyyətinə müdafiə və kəşfiyyat dəstəyinin verilməsini, NATO-nun Rusiya ilə əməkdaşlığa son qoyulmasını, həmçinin «antiRusiya sanksiya koalisiyasına» qoşulmaq məqsədi ilə müxtəlif ölkələrə təzyiləri nəzərdə tutur.
azadlıq.info


