Moskvada Azərbaycan diplomatının 100 minlik maşını oğurlandı

Həmin diplomat PA rəhbərinin müavini Zeynal Nağdəliyevin oğludur
 

Dekabrın 3-nə keçən gecə Azərbaycanın Moskvadakı səfirliyinin attaşesi Nemət Nağdəliyevin avtomobili naməlum şəxslər tərəfindən oğurlanıb.
Bu haqda “LifeNews” kanalı Moskva hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verib.
 
Məlumata görə, diplomat “Range Rover” markalı avtomobilinin oğurlandığı haqda polisə ərizə verib. Ərizəsində bildirib ki, dekabrın 3-nə keçən gecə Moskvanın Zemlyanoy Val keçəsində ona məxsus “Range Rover” avtomobili oğurlanıb. Diplomat oğurlanan avtomobilin qiymətinin təqribən 100 min dollar olduğunu göstərib.
Hüquq mühafizə orqanları avtomobili “Potok” elektron sistemi vasitəsilə qeydə ala biliblər. Lakin maşını oğurlayanlar “Sadovoy koltso”dan ara yola dönərək izi itirə biliblər. Maşının yol patrul polisinin müşahidə kameralarına düşdüyü bildirilir. Maşını qaçıranların axtarışı davam edir (virtualaz.org).
 
Aldığımız məlumata görə, həmin diplomat Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyevin oğludur.