Vladimir Putini özünün siyasi kursunu dəyişdirməyə yalnız 3 nəfər inandıra bilər. Bunu Rusiyalı politoloq Stanislav Belkovski deyib.
Onun fikrincə, indi Rusiya prezidenti öz ölkəsilə birlikdə ölməyə hazır əhval-ruhiyədədir və onu bu kursdan imtinaya inandıra bilənlərin sayı çox azdır. “Putini siyasi xəttini dəyişməyə inandıracaq şəxslər lazımdır. Belə potensiallı namizəd üç nəfərdir – Roma Papası Fransis, ABŞ-ın keçmiş prezidenti Bill Klinton və Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer”, – deyə Belkovski bildirib.
azadliq.info


