Bolqarıstandan Rusiyaya zərbə

Rusiya «Cənuub axını» qaz kəmərinin tikintisini dayandırıb. Belə ki, Bolqarıstan dənizdə tikintiyə icazə vermir. «Bolqarıstan icazə verməyənə qədər bbiz dənizdə tikintiyə başlaya bilmərik. Tikintiyə başlayıb Bolqarıstan sahillərinə yaxınlaşıb dayanmaq isə mənasızdır. Ona görə də bu layihədə iştirakımıza yenidən baxacağıq», – deyə Rusiya prezidenti Vladimir Putin deyib. 

«Cənub axını» qaz kəmərinin dəniz hissəsi Qara dənizin dibi ilə Bolqarıstan sahillərinə qədər keçməlidir. Qaz kəmərinin gücü 63 mlrd kub metr təşkil edəcək. Kəmər Bolqarıstanın Qara dənizz sahillərindən Serbiya və Macarıstandan Avstriyaya çatmalıdır. 

azadlıq.info