Çempionlar Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilib. A qrupunda “Malmö” “Yuventus”u, “Atletiko””Olimpiakos”u qəbul edib. “Yuventus” rəqibinə 2, “Atletiko” isə 4 cavabsız qol vurub.
B qrupunda “Real” “Bazel”in, “Liverpul” isə “Ludoqorets”in qonağı olub. Artıq növbəti mərhələni təmin edən “Real” 1-0 hesabı ilə qələbə çalıb, qrupun digər oyununda isə 2-2 hesablı bərabərlik qeydə alınıb.
C qrupunda “Zenit” “Benfika”nı qəbul edib. Oyun meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Digər görüşdə isə “Monako” “Bayer”in qonağı olub və minimal hesabla qalib gəlib.
Maraqla gözlənilən oyunlardan biri də Belçikada baş tutub. “Qalatasaray” “Anderlext”lə üz-üzə gəlib. İstanbul klubu 2-0 hesabı ilə məğlub olaraq hətta Avroliqaya çıxmaq imkanını da heçə endirib.. D qrupunun digər oyununda “Arsenal” “Borussiya Dortmund”u qəbul edib. Oyun londonluların 2-0 hesablı qələbəsi ilə başa çatıb.