İranda metroda görünməmiş hadisə VİDEO

İranda bir qadının sərnişin vaqonundakı hərəkəti hər kəsi təəccübləndirib. Gənc qadın mobil telefonunda rep musiqisi qoyaraq rəqs etməyə başlayıb. Ətrafdakıların təəccüb və çəkingənliklə onu izləməsinə fikir verməyən qadın öz rəqsini videoya çəkdirib. Sonra onu  facebook səhifəsində “Mənim oğurlanmış Azadlığım” adıyla paylaşıb.  

Çoxlarımız üçün bu rəqs zərərsiz bir əyləncə kimi görünsə də İranda qadınların başı açıq və açıq-saçıq formada ictimaiyyət arasında gəzmək, rəqs etmək kimi hüquqlarının olmadığını bilirik. 

Gənc qadının bu hərəkətinin hüquq-mühavizə orqanları tərəfindən cəzalandırılacağı da mümkündür.

Qeyd edək ki, belə bir hadisə sentyabr ayında baş vermişdi. Gənclərdən ibarət bir qrupun azadlıq şüarı altında etdikləri rəqs onların 91 qamçı və bir illik həbs ilə cəzalandırılmasına səbəb olmuşdu.