«Azadlıq»ın əməkdaşı qaş düzəldən yerdə, göz çıxardı
Övladını məktəbə göndərmək üçün Səbail rayonu 19 saylı Mənzil Istismar Sahəsindən (MIS) arayış ala bilmədiyinə görə dövlət başçısı Ilham Əliyevə müraciət edən əməkdaşımız Natiq (Ədilov) Güləhmədoğlu dünən ilk reaksiya alıb.
Dünən N.Ədilovla telefonla danışan ev sahibi ona bildirib ki, tezliklə evi boşaltmalıdır. Ev jurnalistin özünün deyil, yaxınlarınındır. Ev sahibi Ədilova bildirib ki, MIS rəhbərliyi dünən onu tapıb. Bir neçə dəfə təkid və hədələyici tonda açıq bildiriblər ki, gecəylə şikayətçini mənzildən çıxarmalıdır.
Xatırladaq ki, mayın 14-ü Ilham Əliyevə məktub yazan əməkdaşımız dövlət orqanlarındakı bürokratizmə və rüşvətxorluğa etiraz olaraq ailə üzvləri ilə birlikdə vətəndaşlıqdan məhrum olunmasını ondan xahiş etmişdi.
Hikmət



