Noyabrın 24-də Federasiya Şurasında Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulukayev etiraf edib ki, ölkənin problemləri təkcə Qərbin sanksiyaları və neftin qiymətinin ucuzlaşması ilə bağlı deyil. Digər bir səbəb daxili böhrandır. Ekspertlər də bununla razıdır və hökumətin tədbirləri ilə böhranın qarşısını almaq mümkün olmayacaq.
Nazir bildirib ki, daxili struktur böhranı istehsalın aşağı olmasında, infrastrukturda inhisar tariflərinin sürətlə artmasında özünü göstərir. Digər səbəb neft gəlirlərinin azalması və sanksiyalardır. Neftin qiymətlərinin aşağı düşməsinin qarşısının alınması ilə bağlı hər hansı çıxış yolu göstərə bilməyən nazir bildirib ki, qlobal maliyyə bazarları Rusiya borc alanlarına bağlanması, valyutanın qiymətinin bahalaşması, rublun dəyərdən düşməsi və inflyasiyanın artması ciddi problem yaradıb.
Cavab tədbirlərindən danışan nazir qeyd edib ki, bunun üçün yeni iş yerləri açılmalı, inovasiya texnologiyaları tətbiq edilməli, texnoparklar yaradılmalı, inhisarın qarşısı alınmalıdır.
azadlıq.info