İnsanları atalar, analar və övladlarla sınağa çəkən hakimiyyət…

Hacı Məmmədovun pul üçün məmurlar üzərində “sınaqdan” kecirdiyi iyrənc üsul indi müxalifətə qarşı istifadə olunur

Belə getsə, bizim 37-nin analoqu olmayacaq …

 

Bəli, insanı övladıyla sınağa çəkmək, bütün hallarda, istənilən mübarizənin ən naqis, ən mənfur formalarından biri, bəlkə də birincisidir . Bu formadan yalnız və yalnız xüsusi qaydalarla idarə olunan kriminal sistemdə istifadə olunur. Xüsusilə də, cinayətkar aləmdə klanlar arası mübarizədə adam oğurluğu və ya girovluğu  ən çox istinad edilən  üsuldur. Etiraf etmək lazımdı ki, mübarizənin bu forması, insan ağlına gələn ən iyrənc “kəşf”lərdən biridir. Ondan da daha iyrənc “kəşf” isə bu formanı siyasi mübarizəyə tədbiq etməkdir. Bir zamanlar Hacı Məmmədovun pul qopartmaq üçün varlı-karlı məmurlar üzərində “sınaqdan” kecirdiyi insanlığa və əxlaqa sığmayan bu iyrənc üsulu hakimiyyət indi öz aləmində müxalifətə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Heç vəclə susdura bilmədikləri valideyinlərin  övladlarını girov götürüb zindana salmaqla onları susdurmaq istəyirlər. Anlamırlar ki, susmaq və ya danışmaq təkcə qorxu  hissi ilə bağlı deyil, həm də dərk edilmiş və süuraltına yerləşdirilmiş əqidə adlı bir irsi nəsnədir: sadəcə olaraq bu bəziləri üçün sifətə taxılan maskadırsa, bəziləri üçün həyat tərzi- yaşam prinsipidir. Həyatin mənasını şərtləndirən bu prinsiplər isə satılmır, cənablar! Ağlınız xırdalanıb xırda-xuruşa çevrilən kitayski adamcığazlara getməsin… Qarşınızda bu iyirmi ildə bütün sınaqlardan kecib gələn azman kişilər durub: onları sındırmaq olmaz, çünki onların mayası halallıqdan, xəmiri bərəkətdən yoğurulmuş missiya adamıdır!

37-ci il ilin ibrətamiz dərslərindən zərur bir qeyd… 

37-ci ilin kütləvi represiyaları başlayanda, hətta qırmızı teror tüğyan edəndə belə bolşeviklər valideyinləri atanı, ananı övlad sınağına çəkmirdilər. “Millətlər atası” İosif Stalin proses başlamazdan əvvəl özü şəxsən bəyan etmişdi ki, ata oğula, oğul ataya cavabdeh deyil, daha doğrusu, onlardan biri digərinin əvəzinə məsuliyyət daşımır. NKVD-nin qara gödəkcəli, qara linzalı müstəntiqləri anti-sovet təbliğatında ittiham etdikləri təqsirləndirilən şəxsin cibinə narkotik, silah atıb tutmurdu. Sadəcə olaraq, ziyalılara məxsus elə ziyalı əşyalrı məsələn, gizli əlyazmaları tapıb aşkar edirdilər… Onlar bizimkilər kimi üzdəniraq “istehsal” edib işverənlər ordusu yaratmırdı: heç vaxt gedib, küçədən bomju tutub,  gətirib ziyalının üzünə qoymurdular. Bəli, düşmənçiliyi edəndə də “kişi” kimi edirdilər. Daha bizimkilər kimi on min oxucusu olan qələm sahiblərini xüliqanlıqda ttiham edib küçə xüluqanı kimi həbs etmirdilər.                                      

İnsanı ovladıyla sınağa cəkmək üsulu …

Bəli, daxili siyasi mübarizədə atanı və ananı ovladla sınağa çəkmək  yalnız və yalnız kriminal hakimiyyətin ağlına gələ bilərdi və gəldi… Çox təəssüf ki, bu formadan atanı girov götürüb ovladı intizarda  saxlamaq və ya ovladı girov götürüb ataya təzyiq etmək –üsulundan hakimiyyət “genə- bola” istifadə edir. Əvvəl Əli bəydən başladılar: ağır xəstə olan qaynını girov götürüb zindana saldılar, sonra tətilə gələn oğlunu-  ziyalı ailəsində böyümüş və Avropa təhsili görmüş bir tələbəni ən bəsit maddə ilə (guya, iki dostunu da yanına alıb küçədə prezidentliyə namizədin plakatını cırırmış) həbs edib 25 sutka girov saxladılar ki, hamıya bir görk olsun, amma olmadı. Bütün təqib və təzyiqlərə rəğmən Əli bəy siyasi liderə məxsus olan, siayasi iradə nümayiş etdirərək nümunə göstərdi. Susub müdafiə taktikası seçmədi, əksinə hücüma kecib hakimiyyətin müxalifət üzərində sınaqdan keçirtmək istədiyi bu iyrənc kriminal-mafiyoz üsulu ifşa etdi. 

Sonra Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyliyə təzyiq etmək, daha döğrusu onu susdurmaq üçün 9 yaşlı oğluyla sınağa çəkdilər, hətta analıq hüququndan məhrum etməyə qədər dil və əl uzatdılar. Amma mənəvi-psixoloji sarsıntılar yaşayan ana-bala geri çəkilmədi.Gültəkin xanım tamam demədi: “Davam”-dedi! Daha sonra Kür köçkünlərinin güdazına gedib beş-altı ay onların hesabına Bayılda “dincələn”Oktay Gülalıyevi ipə-sapa yatdıra bilməyən hakimiyət onu   yetkinlik yaşına çatmamış oğlu ilə sınağa çəkib ipə-sapa yatırmaq istədilər və bu istək hələ də davam edir… 13-14 yaşlı məktəbli üçaqları qan-bağır edib gün aşırı Bakı Şəhər Baş Polis İdarəsinə çağırır və haqlarında yenidən ittiham dosiyesi hazırlayırlar. Deyəsən, 14 yaşlı Əliyə verdikləri cəzadan ( Xətai rayon məhkəməsi bu ilin oktyabr ayında Əliyə 6 ay müddətində azadlıqdan şərti məhrum etmə və əmək haqqının 15% həcmində dövlət nəfinə(!) hər ay cərimə ödəmək hökmü çıxarıb) ürəkləri soyumayıb. Bilirsiniz niyə? Cünki Oktay bəy geri çəkilmədi, əksinə ortaya- bu gün zindanlarda mənəvi, pisixoloji və fiziki əzab çəkən  SİYASİ MƏHBUSLAR  haqqında daşdan keçən çox möhtəşəm bir hesabat hazırlayıb qoydu.

İndi isə AXCP Təşkilat Komitəsinin sədri Rafiq Daşdəmiri oğlu Sənanla sınağa cəkirlər…Yüksək səviyyədə təhsil alıb ziyalı bir ailədə tərbiyə görmüş Sənanı əvvəl narkotika istifadəçisi kimi ittiham edib, Rafiq bəyi yolundan daşındırmaq üçün danışığa başladılar. 20 il yol gələn bir adamı, özü də kimi-  Rafiq bəy kimi bərkə-boşa düşmüş bir adamı- yolundan daşındırmaqmı olar, ay yolunu gündə yüz dəfə dəyişib daşınan, bədbəxtlər!? Sonra məruzə ediblər ki, RƏİS ALINMADI!!! Rəis də əvəzində qisas almaq üçün Sənanı bu dəfə küllü miqdarda narkotik saxlamaqda və satışını həyata keçirməkdə ittiham etmək əmri verib. Bəli, çox yerində deyib bir yazar dostum:”Bu məmləkətdə atalar şərəfini satmayanda, balalarını “narkotik satana” çevirirlər!!! 

Əzizim, Pənah bəy…

Ataların, anaların övladlarıyla, hətta 9 yaşlı bir körpə uşaqla, 13 yaşlı yetginlik yaşına çatmamış bir məktəbli ilə sınağa çəkildiyi bir vaxtda, durub durduğun yerdə deyirsən ki, dialoq siyasi prosesləri ölü nöqtədən çıxaracaq, qüsura baxma, əzizim, vallah, bu çiddi səslənmir: nəyinsə quyruğu görünür… Əgər nöqtə ölüdürsə ordan necə çıxmaq olar, arkadaş?! Sadəcə ölü nöqtəyə daxil olub elə orda ölmək olar. Vəssalam: bu qədər sadə və bəst. Yeri gəlmişkən məni kövrələnə qədər həyacanlanmaqda qınayırsan. Əvət, Pənah bəy, qulluğuna ərz olsun ki, ömrümdə bir dəfə kövrəlmişəm.O da ki, 93-çü ildə olub…Bəli, Milli Məclisdə üç-dörd nəfər qalıb, böyük bir qüvvə ilə üz-üzə, göz-gözə mübarizə aparanda: “Ey gidi dünya”deyib kövrəldim. Bilirsən niyə! Cünki hakimiyyətin SƏFASINI çəkənlər əlini- qolunu sallayarq çıxıb, gedib komandanın siyasi və mənəvi məsuliyyətini CƏFASINI çəkənlərin üzərinə buraxmışdılar. Amma sənə deyim ki, heç o zaman çiddi təhlükələrlə üzləşəndə, hətta ölümlə təhdid ediləndə belə mən həyəcanlanmadım. Nə bilim, bəlkə, elə anadan həyacansız doğulmuşam…