AXCP təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənanın siyasi sifarişlə həb edilməsi “Siyasi Məhbuslar Monitorinq Mərkəzi” ictimai birliyinin də hiddətinə səbəb olub. Birliyin yaydığı açıqlamada göstərilir ki, bu həbs siyasi fəallara qarşı növbəti repressiya və çirkin kampaniyadır. Hakimiyyət siyasətçilərinin yaxınlarını həbs etməklə əslində onları girov saxlayır, bu həbslərin əksəriyyətinin hüquqi əsası yoxdur.
Birlik hakimiyyəti bu səhv və cəmiyyəti qarşıdurmaya aparan addımlardan çəkinməyə səsləyir. Bildirir ki, Daşdəmirli ailəsi ilə həmrəydir və sonacan Sənanın müdafiəsində olacaq.